Yaponiyadakı zəlzələdə ölü sayı ÇOXALIR
Yaponiyanın İşikava prefekturasında baş verən zəlzələ nəticəsində azı 30 nəfər ölüb.
Redaktor.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
İşikava, Niiqata, Fukui, Toyama və Qifu prefekturalarında yaralıların artdığı bildirilir.
Yaponiya Milli Meteorologiya İdarəsinin məlumatına görə, yanvarın 1-də ölkədə müxtəlif gücdə 30-dan çox zəlzələ baş verib, ən güclü təkanın maqnitudası 7,6 olub.