Yaponiyada iki təyyarə TOQQUŞDU

 15:10 02.01.2024     282

Tokio hava limanında Yaponiya Sahil Mühafizəsinin təyyarəsi ilə toqquşan sərnişin təyyarəsi uçuş-enmə zolağında yanıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə Sapporodan 400-ə yaxın sərnişinlə gəlib.

Toqquşma nəticəsində Yaponiya Sahil Mühafizəsinin təyyarəsi də yanıb. O, İşikava prefekturasında zəlzələdən zərər çəkənlərə yardım ləvazimatları çatdırmalı idi.

Sapporodan Tokioya uçan sərnişin təyyarəsinin göyərtəsində 8-i körpə uşaq olmaqla 379 nəfər olub. Bütün sərnişinlər uğurla təxliyə edilib.

Məlumata görə, toqquşma eniş zamanı, digər təyyarə artıq uçuş-enmə zolağında olarkən baş verib. Hadisədən sonra Haneda hava limanında bütün dörd uçuş-enmə zolağı bağlanıb.

Bildirilir ki, Yaponiya Sahil Mühafizəsi nəqliyyat təyyarəsinin 6 ekipaj üzvündən yalnız 1-i sağ qala bilib və evakuasiya edə bilib. Qalan ekipaj üzvlərinin taleyi naməlum olaraq qalır.