Rusiyanın bugünkü zərbəsi: 4 ölü, 92 yaralı

 16:42 02.01.2024     294

Rusiyanın Ukraynaya bugünkü irimiqyaslı aviazərbələri nəticəsində 4 nəfər ölüb, 92 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

Qeyd edək ki, yanvarın 2-də ruslar Ukrayna ərazisinə 35 PUA, ən azı 70 havadan buraxılan qanadlı raket və 10 X-47M2 “Xəncər” aeroballistik raketi atıblar.