Rusiyada hərbi xidmətə çağırış yaşı artdı

 17:43 02.01.2024     256

2024-cü il yanvarın 1-dən Rusiyada hərbi xidmətə çağırış yaşının yuxarı həddi 30 yaşa qaldırlıb, aşağı həddi isə 18 yaş olub.

Redaktor.az-ın məlumatına görə, 2023-cü ilin avqustunda Rusiya prezidenti Vladimir Putin hərbi xidmətə çağırış yaşının 27-dən 30-a dəyişdirilməsi haqqında qanun imzalayıb.

Qanunun qəbulundan əvvəl Dövlət Dumasında və Federasiya Şurasında müzakirələrə baxmayaraq, aşağı həddi - 18 ili dəyişdirməmək qərara alınıb.

Bundan əlavə, eyni zamanda Rusiya Federasiyasının Prezidenti vətəndaşın çağırış vərəqəsini aldıqdan sonra xaricə getməsinə qadağa qoyan qanunu imzalayıb.

İndi hərbi komissarlıq çağırışçıya çağırış vərəqəsinin göndərildiyi gün onun üçün sərhədlərin bağlanması ilə bağlı qərar verəcək.