Fransa bu ölkədəki səfirliyini bağladı
Fransa Nigerdəki səfirliyini bağlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Avropa və Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, paytaxt Niameydəki səfirlik 5 aydır demək olar fəaliyyətsizdir və öz missiyalarına yerinə yetirə bilmir.
Qeyd edək ki, Nigerdə hərbi çevrilişdən sonra iki ölkə arasında münasibətlər kəskin pisləşib.