Zelenski Sunakla HHM-in gücləndirilməsini müzakirə etdi
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi press-reliz yayıb.
Bildirilib ki, tərəflər başda hava hücumundan müdafiənin, Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli imkanlarının daha da gücləndirilməsi və Ukraynanın silah-sursatda digər təcili ehtiyaclarının ödənilməsi olmaqla müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsini müzakirə ediblər.
Eyni zamanda, Ukrayna lideri britaniyalı siyasətçini Rusiyanın Ukraynaya son kütləvi hücumu haqqında da bilgiləndirib (report).