BMT Beyrutdakı partlayışdan “son dərəcə narahat olub”
BMT Livanın paytaxtı Beyrutdakı partlayışdan “son dərəcə narahat olub”.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibinin ofisinin nümayəndəsi Florensiya Soto Ninyo deyib.
“Aydındır ki, hadisələrin inkişafı son dərəcə narahat edir”, – o, Beyrutdakı partlayışı şərh edib.
Xatırladaq ki, Livan KİV-in yaydığı məlumata görə, yanvarın 2-də İsrailə məxsus dron Beyrutun şəhərətrafında HƏMAS-ın qərargahına zərbələr endirib. Nəticədə HƏMAS-ın yüksəksəviyyəli nümayəndəsi zərərsizləşdirilib (report).