Əfqanıstanda 5,9 maqnitudalı zəlzələ baş verdi

 15:31 03.01.2024     298

Əfqanıstanda 5,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

Qeyd olunub ki, zəlzələnin episentri Almatıdan 835 km cənub-qərbdə Əfqanıstan ərazisində yerləşib.

Dağıntı və itki barədə hələlik məlumat yoxdur.