Qasim Süleymaninin ildönümü yürüşündə partlayış baş verdi, yaralılar var
Qasım Süleymaninin Kermandakı məqbərəsi yaxınlığında baş verən partlayış nəticəsində 15 nəfər yaralanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Kerman fövqəladə hallar rəisi bildirib.
Kerman valiliyinin rəsmisi isə qeyd edib ki, hadisənin qaz partlayışı, yoxsa terror aktı olması hələ məlum deyil.
Qeyd edək ki, bu gün Kerman şəhərində SEPAH-ın Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin dördüncü ildönümündə dəfn olunduğu qəbiristanlığın yaxınlığında iki partlayış baş verib.