“Terror aktının sifarişçiləri və törədənlər müəyyənləşdirilərək cəzalandırılacaq” - İran Prezidenti
İranın Kirman əyalətində SEPAH generalı Qasım Süleymaninin ölümünün ildönümü ilə əlaqədar matəm yürüşləri zamanı baş verən terror aktının təşkilatçıları və icraçıları ölkənin təhlükəsizlik qüvvələri və hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilərək cəzalandırılacaqlar.
Redaktor.az xəbər verir ki, bunu ölkə Prezidenti İbrahim Rəisi deyib.
Prezident İranın düşməni olan cinayətkarların terror cinayətini pisləyib və həlak olanların ailələrinə başsağlığı verib. O, yerli hakimiyyət orqanlarını zərərçəkənlərə yardım etmək üçün lazımi tədbirlər görməyə çağırıb.
Qeyd edək ki, partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə, yaralıların sayı 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib.