Lukaşenko özü və ailəsi üçün Konstitusiyaya dəyişikliklər etdi

 16:48 04.01.2024     279

Belarus prezidenti Aleksandr Lukaşenko respublikanın keçmiş prezidentinin və onun ailəsinin hüquqlarını tənzimləyən Konstitusiyaya dəyişiklikləri imzalayıb.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Dəyişikliklərə əsasən, keçmiş prezident və ailəsi toxunulmazlıq, cangüdənləri və dövlətin daşınmaz əmlakından ömürlük istifadə hüququnu özündə saxlayır.

İstefa verən prezident və onun ailə üzvləri hakimiyyətdə olarkən törədilmiş hər hansı cinayətə görə məsuliyyət daşıya bilməzlər. Aktivlər, əmlak və yazışmalar da toxunulmaz qalır.

Üstəlik, sabiq dövlət başçısının vəfat etdiyi halda onun dəfni dövlət büdcəsi hesabına həyata keçiriləcək. Keçmiş prezident təqaüdə çıxdıqdan sonra ÜmumBelarus Xalq Məclisinin nümayəndəsi və ömürlük Respublika Şurasının üzvü olacaq.