İsrail ordusu “İslami Cihad”ın yüksək rütbəli üzvünü öldürdü

 20:31 04.01.2024     252

İsrail hərbçiləri Qəzza zolağında keçirdiyi əməliyyat zamanı Fələstinin radikal “İslami Cihad” qruplaşmasının mühüm üzvlərindən birini öldürüb.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidməti Qəzza zolağının şimalındakı əməliyyat qərargahının rəhbərini və “İslami Cihad” təşkilatının yüksək rütbəli üzvünü öldürüb.

Belə ki, Məmduh Lulu “İslami Cihad” təşkilatında Qəzza zolağının şimalındakı liderlərin köməkçisi olub və təşkilatın xaricdəki baş qərargahında yüksək vəzifəli şəxslərlə əlaqə saxlayıb.

O, Baş Təhlükəsizlik Xidmətinin kəşfiyyat məlumatlarına əsasən, İsrail Hərbi Hava Qüvvələrinin hava hücumu nəticəsində məhv edilib:

“Lulu Qəzzadan İsrailə qarşı çoxsaylı terror hücumlarının təşəbbüskarı və “İslami Cihad”ın mərkəzi fiquru idi”.