AKP-nin İstanbulda namizədi kim olacaq?

 11:02 05.01.2024     210

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bazar günü - 7 yanvar tarixində 31 martda keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərində İstanbul bələdiyyəsinin sədrliyinə hakim partiyanın namizədini açıqlayacaqlarını elan etməsindən sonra siyasi fəallaşma müşahidə olunur.

Redaktor.az BBC-yə istinadən xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının (AKP) kuluarlarından verilən məlumata görə, İstanbul bələdiyyəsinə keçmiş ətraf mühit və şəhərsalma naziri (son seçkiyə qədər), hazırda İstanbuldan millət vəkili olan Murat Kurumun namizədliyi irəli sürüləcək.

Ərdoğan yeni ilin ilk günlərindən İstanbul və Ankara başda olmaqla partiyasının bələdiyyə sədrliyinə namizədlərini müəyyən etmək üçün AKP mərkəzi qərargahında intensiv iş aparır.

30 böyük şəhər və 29 vilayətdə MHP ilə ittifaq quracaq AKP 2019-cu ilin revanşını almağı planlaşdırdığı İstanbul üçün xüsusi araşdırma aparıb. AKP-nin namizəd seçimi komissiyasının iclasından öncə jurnalistlərin sualına cavab olaraq Ərdoğan İstanbul namizədlərini yanvarın 7-də, Ankara namizədlərini isə yanvarın 15-də açıqlayacaqlarını bildirib.(modern)