Rəisi terror aktları törədilən şəhərdə

 12:52 05.01.2024     230

İran Prezidenti İbrahim Rəisi ölkəsinin terror aktları törədilən Kirman şəhərinə səfər edib.

Redaktor.az İran KİV-nə istinadən xəbər verir ki, o, şəhərin təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşüb.

Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində iki partlayış törədilib. Nəticədə 103 nəfər ölüb, 211 nəfər yaralanıb. İndiyədək ölənlərdən 84 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

Məlumata görə, partlayışları terrorçu-kamikadzelər törədib.