Bu məşhur da Rusiyadan getdi - VİDEO

 14:20 05.01.2024     289

Məşhur müğənni və teleaparıcı Regina Todorenko Rusiyadan BƏƏ-yə gedib.

Redaktor.az xəbər verir ki, o, bu barədə İnstaqramda paylaşıb.

“Səhər saat birdir. Başqa harada ola bilərdim? Əlbəttə ki, hava limanında. Heç kim yoxdur, hamı yatır, mən tək uçuram”, - o, abunəçiləri ilə paylaşıb. Məşhur Dubaya getməsinə aydınlıq gətirib.

Daha sonra "Telegram" kanalında Todorenko iş üçün Fars körfəzi sahillərinə getdiyini bildirib. Dubayda o, “Heat Fest”in aparıcısı olacaq.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən