Prezidentliyə yeni namizəd qeydə alındı
Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) əvvəllər partiyası tərəfindən ölkə başçısı vəzifəsinə namizədliyi irəli sürülən LDPR lideri Leonid Slutskini qeydə alıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, prezident seçkilərində yeni namizəd komissiyanın iclasında açıqlanıb.
“Rusiya Federasiyası Prezidentinin seçkiləri haqqında” federal qanunun 39-cu maddəsini rəhbər tutaraq, Rusiya Mərkəzi Seçki Komissiyası Leonid Eduardoviç Slutskinin Rusiya Federasiyasının prezidentliyinə namizəd kimi qeydə alınması haqqında qərar layihəsini, həmçinin qeydə alınmış namizədə qeydiyyat şəhadətnaməsi verilməsini təklif edib.
Bundan sonra qətnamə layihəsinin qəbulu üçün səsvermə başlayıb. Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova layihənin yekdilliklə qəbul edildiyini təsdiqləyib. Onun sözlərinə görə, ilk qeydə alınmış namizəd ortaya çıxıb.
Seçkilərdə iştirak etmək üçün ilk olaraq MSK-ya sənədləri Vladimir Putin təqdim edib. Bundan əlavə, sənədləri MSK-ya Dövlət Dumasının vitse-spikeri Vladislav Davankov (yeni insanlar partiyasından seçkilərdə iştirak edəcək) və Moskva vilayətinin deputatı Boris Nadejdin (Vətəndaş Təşəbbüsü) təqdim edib.