Cənubi Koreya təxliyə qərarını ləğv etdi

 16:02 05.01.2024     290

Cənubi Koreyanın Yonqpyonq adasında təxliyələr ləğv edilib.

Redaktor.az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, Şimali Koreyadan atılan atəşə cavab olaraq Cənubi Koreya ordusu təlimlər keçirib.

Ümumilikdə yerli sakinlər sığınacaqlarda 3,5 saat vaxt keçiriblər. Onlar adadakı 8 sığınacağa yerləşdirililərb, burada 508 yerli sakin (ada əhalisinin 24,3%-i) olub. Təxliyyə ilə yanaşı, adalarla dəniz və hava əlaqəsi də məhdudlaşdırılıb.

Şimali Koreyanın atəş açmasının ölkələr arasında hərbi razılaşmaya zidd olduğunu bildirilib. Vurğulanıb ki, hakimiyyət hadisələri diqqətlə izləyəcək və mümkün təxribatlara operativ reaksiya verəcək. Şimali Koreyanın hərəkətlərinə cavab olaraq Cənubi Koreya hərbçiləri Sarı dənizdə təlimlər keçirib.

Qeyd edək ki, səhər saatlarında KXDR qərb sahilindən Cənubi Koreya adalarına doğru 200-ə yaxın artilleriya mərmisi atıb. Mülki sakinlərdən və hərbçilərdən xəsarət alan olmayıb. Mərmilər Seulda faktiki dəniz sərhədi hesab edilən demarkasiya xəttinin şimalına düşüb.

2018-ci il sentyabrın 19-da ölkələr arasında hərbi saziş bağlanıb, ona əsasən dəniz bufer zonasında təlimlər qadağan edilib.