Erməni generala növbəti cinayət işi AÇILDI
Ermənistanda baş qərargah rəisinin sabiq müavini Aykaz Bağmanyana qarşı yeni cinayət işi açılıb.
Redaktor.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, iş Prokurorluq tərəfindən açılıb.
O, 600 min dollar məbləğində çirkli pulu yumaqda təqsirli bilinir.
Keçən il də Bağmanyana bir neçə maddə üzrə iş açılıb.
Qeyd edək ki, hərbçi 2018-2020-ci illərdə KTMT-də də vəzifə tutub.