Əfqanıstanda zəlzələ oldu

 22:04 05.01.2024     264

Əfqanıstanda 5,1 maqnitudalı zəlzələ olub.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin verilənlərindən məlum olub.

Seysmohadisənin episentri əhalisi təqribən 161 min nəfər olan Kunduz şəhərindən 116 km uzaqlıqda yerləşib. Zəlzələnin ocağı 60 km dərinlikdə olub.

Dağıntı və ya tələfat barədə məlumat verilməyib.