Yaponiyada zəlzələdə ölənlərin sayı daha da artdı
Yaponiyada yanvarın 1-dən davam edən silsilə zəlzələlərdə ölənlərin sayı artıb.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, artıq zəlzələ qurbanlarının sayı 110-a çatıb.
Məlumatlara görə, Yaponiyada 2016-cı ildə ölkənin cənub-qərbində 273 nəfərin ölümünə səbəb olan dağıdıcı zəlzələdən sonra ilk dəfə olaraq zəlzələ nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb.
Son məlumatlara görə, yanvarın 1-dən bəri ən azı 516 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Təcili yardım xidmətləri hələ də 222 sakini tapa bilməyib. Təbii fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatı davam edir.