Üsyançılar Çinlə sərhəd şəhəri ələ keçirdi

 15:34 06.01.2024     243

Myanma üsyançıları Çinlə sərhəddəki mühüm məntəqə hesab olunan Laukkay şəhərini nəzarətə götürüblər.

Redaktor.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, üsyançılar həftələrdir ki, ölkədə hakimiyyətə qarşı mübarizə aparırlar.

Onlar hakimiyyətin dəyişməsini tələb edirlər.