"Fələstin əhalisinin iztirablarına son qoymaq üçün təsirli addımlar atmalıdır" - Borrell
Beynəlxalq ictimaiyyət Qəzza zolağında Fələstin əhalisinin iztirablarına son qoymaq üçün təsirli addımlar atmalıdır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Beyrutda keçirdiyi mətbuat konfransında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
Çıxışı LBC televiziyası tərəfindən yayımlanan Borrell, "Qəzza zolağında daimi atəşkəsin yaradılması üçün təcili tədbirlər görülməlidir" deyib.
Turan İSMAYIL