Türkiyədə zəlzələ oldu

 17:37 06.01.2024     277

Türkiyənin Malatya bölgəsində zəlzələ olub.

Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, 4 bal gücündə zəlzələ baş verib.

AFAD-ın məlumatına görə, episentri Malatyanın Battalgazi rayonu olan zəlzələ yerli vaxtla saat 15.10-da 4 bal gücündə qeydə alınıb.

Zəlzələnin 8,76 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.