İraq bu il neft məhsullarının idxalını dayandırmağı planlaşdırır

 20:30 06.01.2024     233

İraq 2024-cü ildə ölkəyə neft məhsullarının idxalını tamamilə dayandırmağı planlaşdırır.

Redaktor.az xəbər verir ki, bunu İraqın Neft Nazirliyinin rəsmi nümayəndəsi Assem Cihad deyib.

“2024-cü ildə İraq yerli istehsala üstünlük verəcək və neft emalı zavodları istehsala başladıqdan sonra idxalda azalma olacaq.

Qeyd edək ki, İraq yerli bazar çatışmazlığını doldurmaq üçün bəzi neft məhsulları, o cümlədən təkmilləşdirilmiş benzin idxal edir.

İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ötən il aprelin 1-də deyib ki, hökuməti idxalı aradan qaldırmaq üçün neft emalı zavodlarının istehsal gücünün artırılması istiqamətində işlərə böyük əhəmiyyət verir (report).