İsrail ordusu Livana zərbələr endirdi
İsrail Müdafiə Qüvvələri Livanın Tir şəhərinin cənub hissəsinə zərbələr endirib.
Redaktor.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Zərbələr “Hizbullah”ın HƏMAS qruplaşmasının siyasi bürosunun sədr müavini Saleh əl-Arurinin Beyrutda öldürülməsinə cavab olaraq İsrailin şimalındakı hərbi bazaya 60-dan çox raket atmasından sonra qeydə alınıb.
Bundan əvvəl İsrail Livan, Qətər və Türkiyə daxil olmaqla, Qəzza zolağından kənarda HƏMAS üzvlərini məhv etməyə çalışacaqlarına söz verib.
Oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. Buna cavab olaraq İsrail ordusu HƏMAS-a qarşı əməliyyata başlayıb.