ABŞ esminesi Qırmızı dəniz üzərində husilərin PUA-sını vurdu

 23:46 06.01.2024     249

ABŞ esminesi Qırmızı dəniz üzərində husilərə məxsus pilotsuz uçuş aparatını vurub.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.

Pilotsuz uçuş aparatı Yəmənin husi üsyançıları tərəfindən buraxılıb.

Təyyarə Qırmızı dənizin cənubunda beynəlxalq sularda "Laboon" esminesi tərəfindən özünümüdafiə məqsədi ilə vurulub.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. Buna cavab olaraq İsrail ordusu HƏMAS-a qarşı əməliyyata başlayıb. Bu hadisələr Yaxın Şərqdə bir sıra qrupların İraq və Suriyada ABŞ qüvvələrinə qarşı hücumlarını intensivləşdirməsinə səbəb olub. Yəmənin husi üsyançıları da öz növbəsində Qırmızı dənizdə gəmiləri atəşə tutmağa başlayıblar.