İsrail HƏMAS-ı məhv etdiyini açıqladı
İsrail Ordusunun rəsmi nümayəndəsi Daniel Haqari keçirdiyi brifinqdə bildirib ki, hərbçilər Qəzza zolağının şimalında Fələstinin HƏMAS qruplaşmasının hərbi strukturlarının dağıdılmasını başa çatdırıblar.
Redaktor.az bu barədə TASS-a istinadən xəbər verir.
“Biz Qəzza zolağının şimalında HƏMAS strukturlarının məhvini tamamladıq və bu nailiyyəti dərinləşdirməyə, sərhəddəki hasar, müdafiəni gücləndirməyə davam edəcəyik”, - Haqari İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatının ilk üç ayının yekunu ilə bağlı deyib.
O qeyd edib ki, İsrailin əməliyyatının vaxtına çətin relyef şəraiti, o cümlədən anklavın şimal hissəsində sıx şəhər inkişafı təsir göstərir.
Onun sözlərinə görə, İsrail ordusu hazırda Qəzza zolağının mərkəzi və cənub hissələrində HƏMAS-ın məhv edilməsinə yönəlib.
İsrail ordusunun sözçüsü vurğulayıb ki, hərbçilər bunu “müxtəlif üsullardan” istifadə edərək və döyüşlər zamanı öyrəndikləri dərslərə əsaslanaraq edəcək.
Yanvarın 6-da İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, HƏMAS məhv edilməyincə Qəzza zolağında müharibə dayandırıla bilməz.