İsrail qaçqın düşərgəsini hədəf aldı - 12 uşaq öldü

 09:23 07.01.2024     198

İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunis qaçqın düşərgəsində binanı atəşə tutması nəticəsində 17 nəfər həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.

Ölənlərdən 12-si uşaqdır.

Onlarla insan yaralanıb. İsrail hərbçiləri çoxlu sayda qaçqının yaşadığı evi hədəfə alıb.