"ABŞ-ı xilas etməyə qadir yeganə namizədəm" - Tramp
"Amerikanın hazırkı lideri Co Bayden prezident seçkilərindən əvvəl III Dünya Müharibəsini başlada və ABŞ-ı məhv edə bilər".
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
“Seçkilərə yaxın olsaq da, kifayət qədər vaxt var... On ay ərzində ölkəmizi tamamilə məhv edə bilərlər”, - deyə siyasətçi bildirib.
Trampın sözlərinə görə, o, Ukrayna və Yaxın Şərqdə münaqişələrə imkan verməzdi, çünki Baydendən fərqli olaraq, dünya liderləri ilə necə anlaşacağını bilir. Keçmiş Amerika lideri özünü ABŞ-ı xilas etməyə qadir olan yeganə namizəd adlandırıb.
Bayden bir müddət əvvəl Donald Trampın prezident seçkilərində qalib gəlməsini ABŞ üçün bir çox təhlükələr yaratdığını bildirmişdi. Ağ Evin hazırkı rəhbəri hesab edir ki, Tramp ilk növbədə Amerika demokratiyasını təhdid edir.
ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.
NƏRGİZ