Fransa Qərbi yalan danışmaqda ittiham etdi
Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo Qərbin iki ildir ki, Ukraynadakı vəziyyətlə bağlı real məlumatları gizlətdiyi barədə fikir bildirib.
Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, o, bu ittihamla X sosial şəbəkəsində çıxış edib.
Filippo əlavə edib ki, hərbi əməliyyatların lap əvvəlindən bir çox Qərb siyasətçiləri, eləcə də NATO Ukraynaya ildırımlı qələbə və Rusiyanın süqutunu vəd etsə də, bu baş verməyib.
Həmidə İBRAHİMLİ