"İsrailli girovların azad edilməsi çətinləşib"

 10:57 07.01.2024     271

"İsrailin Fələstinin HƏMAS hərəkatının Siyasi Büro rəhbərinin müavini Saleh əl-Arurini Beyrutda qətlə yetirməsi yaraqlılar tərəfindən saxlanılan girovların azad edilməsi prosesini çətinləşdirib".

Redaktor.az xəbər verir ki, bu barədə "Axios" portalı Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə girovların ailələri arasında Dohada keçirilən görüşün yekunlarına dair məlumat yayıb.

Nəşrin məlumatına görə, Baş nazir və digər Qətər rəsmilərinin, habelə altı amerikalı və israilli girov ailəsinin iştirak etdiyi görüş yanvarın 6-da baş tutub. Portalın Qətər mənbəsinin verdiyi məlumata görə, Baş nazir bu görüşdə deyib ki, “Beyrutda baş verənlərdən sonra HƏMAS ilə danışmaq daha da çətinləşib”.

Eyni zamanda Qətərin Baş naziri girovların ailələrini əmin edib ki, çətinliklərə baxmayaraq, yaraqlılar tərəfindən saxlanılan insanların azad edilməsi üçün yeni müqavilə bağlamağa çalışacaq.

Həmidə İBRAHİMLİ