Yuxarı Larsa gedən yük maşınlarının hərəkəti yenidən bərpa edildi

 11:33 07.01.2024     269

Yuxarı Larsa gedən dövlətlərarası yolun Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtomobillər (yəni yük maşınları) üçün hərəkət yenidən bərpa edilib.

Redaktor.az "sputnik armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan məlumat verib.

Nəqliyyatın hərəkəti fasiləsiz, ancaq dolama tunellər vasitəsilə bərpa edilib. Artıq yol bütün nəqliyyat növləri üçün açıqdır.

NƏRGİZ