Jurnalistin meyiti evində tapıldı
Rusiyada jurnalistin meyiti taplıb. Belə ki, Kuban dövlət televiziya və radio yayımı şirkətinin internet qrupunun rəhbəri Zoya Konovalova dünyasını dəyişib. Onun 48 yaşı var idi.
Redaktor.az Rusiya KİV-nə istinadən xəbər verir ki, jurnalistin və onun və 52 yaşlı keçmiş ərinin meyitləri evdə tapılıb.
Faktla bağlı Rusiya Federasiyası İstintaq Komitəsinin Krasnodar diyarının Krasnodar şəhərinin Qərb bölgəsi üzrə İstintaq İdarəsində ilkin araşdırma aparılır.
Meyitlərin müayinəsi zamanı heç bir gözə çarpan xəsarət aşkarlanmadığı qeyd edilir. Məhkəmə-tibbi ekspertizalar təyin edilib.
Polisin məlumatına görə, ölümün ilkin səbəbi naməlum maddədən zəhərlənmədir və hadisə yerindən bir torba toz tapılıb.
Jurnalistin bir oğlu və bir qızı var.