İrandakı terrora görə 32 nəfər saxlanıldı
İranın Kirman şəhərinin prokuroru Mehdi Baxşi general Qasım Süleymaninin anım günü qəbiristanlıqda törədilən terror aktı ilə bağlı 32 nəfərin saxlanıldığını açıqlayıb.
Redaktor.az xəbər verir ki, prokurorun sözlərinə görə, Kirman əyalətində 16 bomba aşkar edilib.
Mehdi Baxşi deyib ki, Kirmandakı terror aktının iştirakçıları həmin bombalaerı qəbiristanlığa yerləşdirə bilməyiblər. Bundan əlavə, Kermanda partlayışları törədən kamikadzelərin yaşadığı ev aşkarlanıb.
Terrorçuların evindən istifadəyə hazır partlayıcı qurğular, o cümlədən kamikadze kəmərləri də tapılıb.
Xatırladaq ki, yanvarın 3-də general Qasım Süleymaninin ölümünün 4-cü ildönümündə Kirmandakı qəbiristanlıqda iki partlayış baş vermiş, nəticədə 100-dən çox adam həlak olub, 200-ə yaxın adam isə yaralanıb.
Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.