30 santimetrlik buz qatı yük maşınının ağırlığına tab gətirə bilmədi - VİDEO

 13:34 07.01.2024     307

Başqırdıstanda keçiddəki 30 santimetrlik buz yoldan keçən yük maşınının ağırlığına tab gətirə bilməyib.

Redaktor.az "vesti.ru"ya istinadən xəbər verir ki, hadisə yanvarın 7-nə keçən gecə Birsk şəhəri yaxınlığındakı Belaya çayında baş verib.

Yük maşını yükgötürmə qabiliyyəti üç tondan çox olmayan keçiddə otuz santimetrlik buzları yarıb və tamamilə suyun altına düşüb.

Hadisənin nəticələri Fövqəladə Hallar Nazirliyi tərəfindən aradan qaldırılır. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir. Avtomobillər təxminən 520 metr uzunluğunda, hər zolağın eni 50 metr olan iki zolaqlı buz keçidi ilə hərəkət edib. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.

NƏRGİZ