"Cənubi Koreyanın səhv hesablamaları düzəlməz nəticələrə gətirib çıxaracaq"
Şimali Koreya lideri Kim Çen İnin bacısı Kim Ye Jong bildirib ki, Cənubi Koreya ordusu və hakimiyyət orqanlarının əsassız hərəkətləri düzəlməz nəticələrə gətirib çıxaracaq.
Redaktor.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Kim Cənubi Koreya hakimiyyətinin KXDR ordusunun artilleriya təlimləri ilə bağlı bəyanatlarına cavab verib. Onun fikrincə, Cənubi Koreya ordusunun səhv hesablamaları düzəlməz nəticələrə gətirib çıxaracaq.
“Bir məsələyə bir daha aydınlıq gətirəcəyəm: qeyd etdiyimiz kimi, Koreya Respublikasının hərbi qanqsterləri tərəfindən ən kiçik təxribat olarsa, ordumuz dərhal onları atəşə tutacaq”.
Bundan əvvəl Cənubi Koreyanın Yonhap agentliyi Şimali Koreya artilleriyasının dəniz təlimləri keçirdiyi barədə məlumat vermişdi. Qeyd olunur ki, mərmilər Sarı dənizdə faktiki dəniz sərhədi olan Şimal Limit Xəttinin şimalındakı əraziyə düşüb.
NƏRGİZ