"Onlar bizim üzərimizdə məşq edəcəklər" - Lukaşenko

 14:33 07.01.2024     258

Belarus prezidenti Aleksandr Lukaşenkonun proqnozlarına görə, 2024-cü il respublika üçün çox çətin il olacaq.

Redaktor.az bu barədə BELTA agentliyinə istinadən xəbər verir. 

Lukaşenkonun sözlərinə görə, fevralda keçiriləcək parlament və yerli seçkilər zamanı “düşmən qüvvələr ölkədəki vəziyyəti sarsıtmaq üçün təlim keçəcək”.

“Onlar bizim üzərimizdə məşq edəcəklər və səbr etməliyik. Onlar gələcək (2025-ci ildə) prezident seçkilərinə hazırlıq keçəcəklər”, - dövlət başçısı qeyd edib.

Bildirək ki, Lukaşenko Daxili İşlər Nazirliyinin bütün bölmələrinə gücləndirilmiş rejimdə xidmətini davam etdirməyi əmr edib.

NƏRGİZ