Əlverişsiz hava şəraiti ilə əlaqədar qış tətili yanvarın 12-dək uzadıldı

 16:40 07.01.2024     316

Soyuq hava şəraiti ilə əlaqədar Dehli hökuməti məktəbəqədər təhsil müəssisələrinin şagirdləri və 1-5-ci sinif şagirdləri üçün qış tətilini yanvarın 12-dək uzadıb.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Hindistanın təhsil naziri Atişi Marlena bildirib.

Nazir sosial mediada yazıb ki, uşaq bağçasından beşinci sinifə qədər şagirdlər üçün soyuq hava şəraitinin hökm sürməsi ilə əlaqədar Dehlidə məktəblər növbəti beş gün ərzində bağlanacaq.

Hindistan Meteorologiya Departamentinin məlumatına görə, soyuq hava şəraitinin Dehli, Pəncab, Haryana və Racastanda davam edəcəyi gözlənilir. Meteoroloqlar həmçinin qeyd ediblər ki, bazar ertəsi və çərşənbə günü arasında Hindistanın şimal-qərbində və mərkəzi hissəsində tufan və dolu düşəcəyi ehtimalı var.

NƏRGİZ