Yaponiya Ukraynaya on milyonlarla dollar göndərir
Yaponiya Ukraynaya 37 milyon dollar yardım göndərəcək.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Yoko Kamikava ukraynalı həmkarı Dmitri Kuleba ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə bu vəsait NATO fonduna veriləcək.
Kamikava bildirib ki, pul Kiyevi dron aşkarlama sistemləri ilə təmin etmək üçün istifadə olunacaq.
Qeyd edək ki, Yoko Kamikava bu gün Kiyevə gəlib.
Bundan əvvəl Yaponiya Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, Ukraynaya yardım məsələsi hər iki ölkənin xarici işlər nazirlərinin Kiyevdə keçiriləcək görüşünün mövzusu olacaq.
NƏRGİZ