"Hazırkı dövr Soyuq Müharibədən daha təhlükəlidir"

 17:28 07.01.2024     245

Tammiqyaslı hərbi toqquşma riskinin daha böyük olması səbəbindən hazırkı dövr Soyuq Müharibədən daha təhlükəlidir.

Redaktor.az xəbər verir ki, bunu Almaniyanın keçmiş prezidenti Yoahim Qauk "Bild"ə müsahibəsində deyib.

"Çünki nüvə təhlükəsinin qarşısının alınması elə bir şəkildə fəaliyyət göstərdi ki, tərəflər öz maraqlarını hərbi yolla inkişaf etdirmək istəyini itirdilər".

Almaniyanın eks-prezidenti təklif edib ki, Qərb dövlətləri müdafiə qabiliyyətinin artırılmasına və çəkindirmə tədbirlərinə daha çox sərmayə yatırsınlar. O, həmçinin hazırkı hökuməti və Almaniya kansleri Olaf Şolsu Kiyevə silah, o cümlədən “Taurus” qanadlı raketləri ilə bağlı məsələdə qərarsızlıqda ittiham edib.

Bundan əvvəl Almaniyanın keçmiş xarici işlər naziri Yoşka Fişer bildirmişdi ki, Avropa İttifaqı özünün nüvə arsenalı ilə silahlanmalıdır. Onun sözlərinə görə, dünya dəyişdiyi üçün Avropa İttifaqının özünün nüvə qarşısının alınmasına ehtiyacı var. Üstəlik, Almaniyanın Yaşıllar Partiyası yarandığı gündən nüvə silahlarına qarşı müqavimətin tərəfdarıdır.

NƏRGİZ