İsrail bu ölkəyə qarşı müharibəyə hazırlaşır

 18:30 07.01.2024     213

İsrail Livana qarşı müharibəyə hazırlaşır.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yüksək rütbəli İsrail rəsmiləri deyiblər.

Bildirilib ki, artıq diqqəti Qəzzadan Livana keçirməyin vaxtıdır.

Rəsmilərin sözlərinə görə, İsrail ordusu müdafiədən hücuma keçməlidir.

Onların fikrincə, diplomatiya işə yaramır, Hizbullah qruplaşması təzyiqi hiss etməlidir: “İsrail öz qüvvələrini Livan cəbhəsində fəaliyyətə hazırlamalı və Hizbullaha qarşı müharibə üçün əməliyyat planlarını irəli sürməlidir”.

Məlumata görə, bu həftə mühüm görüşlər keçirilib və bəzi planlar artıq təsdiqlənib.

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl Hizbullaha xəbərdarlıq etmişdi.