Maskın narkotik asılılığından "Tesla" və "SpaceX" işçiləri NARAHATDIR
Amerikalı iş adamı və ixtiraçı İlon Mask narkotiklərdən istifadə edir və onun asılılığı Tesla və SpaceX idarə heyəti üzvləri arasında narahatlıq yaradır. Sahibkarın ətrafındakılar hesab edirlər ki, bu cür davranış təkcə onun reputasiyasına deyil, həm də bütün biznesinə xələl gətirir.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Altı şirkət, təxminən 1 trilyon dollar dəyərində investor aktivləri, on minlərlə iş yeri və ABŞ-ın kosmik proqramının bir hissəsi Maskın sağlamlığından asılıdır.
Yusif EYVAZLI