Bayden pravoslav xristianları Milad bayramı münasibətilə təbrik etdi
ABŞ prezidenti Co Bayden pravoslav xristianlarının Milad bayramını təbrik edərək, sülh dualarına qoşulduğunu bildirib.
Bu barədə Redaktor.az "TASS"a istinadən xəbər verir.
"Ürəyimiz bu il müharibədən əziyyət çəkən bölgələrdə yaşayan çoxlu pravoslav xristianlarladır. Biz bütün günahsız qurbanlara yas tuturuq və kim olduqlarına, nəyə inandıqlarına və inanclarını necə yerinə yetirmələrinə görə hər hansı bir qrup insana qarşı təqib və ayrı-seçkiliyə qarşı çıxmağa davam edirik”, - ABŞ prezidenti bildirib.
"Biz pravoslav xristianların ölkəmizdə və dünyanın müxtəlif ölkələrində etdikləri əvəzsiz töhfələrə görə minnətdarıq və bu il sülh üçün dualara qoşuluruq", - deyə Bayden qeyd edib.
Yusif EYVAZLI