Ukraynanın hər yerində həyəcan siqnalı verildi

 09:16 08.01.2024     205

Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edilib.

Redaktor.az bu barədə Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsindəki məlumatlara əsasən xəbər verir.

Yanvarın 8-i səhər saatlarında regionlar üzrə siqnallar səsləndirilib. “Zerkalo Nedeli” nəşrinin Ukrayna Hərbi Hava Qüvvələrinə istinadən qeyd etdiyi kimi, həyəcan siqnalı verilən bölgələrdə raket təhlükəsi var. Əhali sığınmağa və siqnallara məhəl qoymamağa çağırılıb.

Daha sonra respublika ərazisində “Kinjal” raket buraxılışının aşkarlandığı barədə məlumat daxil olub.

Qeyd edək ki, ötən gecə Xarkovda partlayışlar olub. Bu barədə şəhərin meri İqor Terexov məlumat verib. O, partlayışların raket zərbələri nəticəsində baş verdiyini, ilkin məlumata görə, tələfatın olmadığını açıqlayıb.

Yanvarın 7-də günortadan sonra Dnepropetrovsk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Lısak partlayış nəticəsində Dnepropetrovskda inzibati binaya ziyan dəydiyini bildirib. Şəhərdə iki yanğın baş verib, yanğınlar təcili yardım xidmətləri tərəfindən söndürülüb.

NƏRGİZ