Çində daha bir Britaniya casusu yaxalandı
Çinin dövlət təhlükəsizlik orqanları Britaniyanın Mİ-6 kəşfiyyat xidməti tərəfindən üçüncü ölkə vətəndaşının Çinə qarşı casusluq fəaliyyəti üçün istifadə edilməsini üzə çıxarıb.
Redaktor.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Təhlükəsizlik Nazirliyinin bəyanatında deyilir.
Juan soyadlı əcnəbi vətəndaş xaricdə konsaltinq təşkilatının rəhbəri vəzifəsində çalışıb və 2015-ci ildə Çində kəşfiyyat məlumatları toplamaq üçün Mİ-6 tərəfindən işə götürülüb. Həmin şəxs Mİ-6-da peşəkar təlim keçib və xüsusi avadanlıq alıb. O, bir neçə dəfə kəşfiyyat tapşırıqları ilə ölkəyə səfər edib.
NƏRGİZ