Pentaqonun rəhbəri işləri xəstəxanadan idarə edir
Pentaqonun sözçüsü Patrik Rayder bildirib ki, ABŞ müdafiə naziri Lloyd Ostin hələ də xəstəxanadadır, konkret buraxılış tarixi müəyyən edilməyib.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, Ostin Uolter Rid Milli Hərbi Tibb Mərkəzində müalicə alır.
Məlumata görə, yanvarın 5-də Ostin öz vəzifəsinə qayıdıb. Təhlükəsiz kommunikasiya kanallarına tam çıxışı olan Katib gündəlik olaraq bütün dünyada Pentaqonun əməliyyatlarına nəzarət edir.
Pentaqonun mətbuat xidməti vurğulayıb ki, müdafiə nazirinin xəstəxanadan çıxma tarixi hələ bəlli deyil. Nazirlik Ostinin səhhətinin vəziyyəti barədə məlumat verəcəyini vəd edib.
Bildirək ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin son tibbi prosedurdan sonra yaranan fəsadlar səbəbindən yanvarın 1-də xəstəxanaya yerləşdirilib. KİV-in məlumatına görə, Pentaqon bu məlumatı üç gün Ağ Evdən gizlədib.
NƏRGİZ