"ABŞ və Aİ sanksiyaları götürülsə belə, Rusiya Qərbə üz tutmayacaq" - Titov

 10:00 08.01.2024     219

Rusiya prezidentinin sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkili Boris Titov bildirib ki, Moskva bir daha Qərbə üz tutmayacaq.

Redaktor.az bu barədə "lenta.ru"ya istinadən xəbər verir.

Titov Rusiyanın Qərbə üz tutmasını istisna edib və vurğulayıb ki, ABŞ və Aİ sanksiyaları götürülsə belə, bu baş verməyəcək.

“İnanın ki, geri dönüş olmayacaq. Həm də təkcə ona görə yox ki, Rusiya ilə indi Qərbin icazə verdiyi şəkildə ünsiyyət qurmaq qəbuledilməzdir”, - o qeyd edib.

Sahibkar əlavə edib ki, söhbət inciklikdən, kin-küdurətdən getmir. O, Qərblə münasibətləri Rusiya üçün keçmiş, eləcə də “bəşəriyyətin keçmişi” adlandırıb. Titovun fikrincə, gələcək Şərq və qlobal Cənubla əməkdaşlıqdadır.

Qeyd edək ki, bundan əvvəl Titov rusların miqrant qorxusunu əsassız adlandırmışdı. O, ölkə sakinlərinin istənilən sahədə işlə təmin olunmaq və istənilən əmək haqqını almaq imkanlarının olduğunu vurğulayıb.

NƏRGİZ