İsrail ordusu Livandakı Hizbullah hədəflərinə hücum etdi

 10:09 08.01.2024     174

İsrail hərbçiləri Livanda şiə Hizbullah hərəkatının çoxsaylı hədəflərini atəşə tutub.

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

"İDF gecə saatlarında Livandakı çoxsaylı Hizbullah hədəflərinə zərbələr endirib. İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Mərvahina bölgəsindəki Hizbullah hərbi kompleksinə, həmçinin Aita əş-Şaab bölgəsindəki raket qurğusuna və terror infrastrukturuna zərbələr endirib", - deyə məlumatda əks olunub.

Həmidə İBRAHİMLİ