"Baydeni və oğlunu həbsxana gözləyir"

 11:40 08.01.2024     288

ABŞ prezidenti Co Bayden Ukraynada gözlənilməz tədbirlər görə bilər, çünki Amerika liderinin qarşıdan gələn prezident seçkilərində qələbəsi Rusiya-Ukrayna münaqişəsinin nəticəsindən asılıdır.

Redaktor.az xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Rey Makqovern deyib.

Ekspert bildirib ki, Bayden üçün risklər xüsusilə yüksəkdir, ona görə də o, prezident kürsüsünü qorumaq üçün gözlənilməz vasitələrə əl atmağa hazırdır. Keçmiş analitikin sözlərinə görə, bu, onun üçün həyati vəzifədir, çünki seçkilərdə uduzsa, oğlunu və onu həbsxana gözləyir.

O, həmçinin qeyd edib ki, Ukraynada münaqişə ABŞ hökumətinin planlarına uyğun inkişaf etmir. “Ukrayna cəsəddirmi? Çox güman ki, yox. O, həyat axtarışındadır? Bəli. Hər şey Rusiya Prezidenti Vladimir Putinin onun oksigenini nə vaxt kəsmək istəməsindən asılıdır”, - Makqovern bildirib.

“İndi çox çətin vaxtdır, bu il seçkilər keçiriləcək. Mən prezidentin nə qərar verəcəyindən qorxuram”, - deyə o, yekunlaşdırıb.

NƏRGİZ