"Putin nə dondurulmuş münaqişə, nə də sülh istəyir"

 11:47 08.01.2024     216

"Ukraynanın müttəfiqləri Kiyevdən Rusiya ilə münaqişənin dondurulması ilə bağlı danışıqlara başlamağı tələb etmirlər".

Redaktor.az xəbər verir ki, bunu “El Pais” nəşrinə müsahibəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

“Müttəfiqlərimiz bizdən Rusiya ilə müharibənin dondurulması ilə bağlı nə nümayəndə heyətləri ilə görüş formatında, nə də qısaldılmış qapalı danışıqlar formatında danışıqlar aparmağımızı tələb etmir. Bu, heç kimin cəsarət edə biləcəyi bir şey deyil ki, variant kimi masaya qoyulsun”, - deyə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin nə dondurulmuş münaqişə, nə də sülh istəyir. O, həmçinin bildirib ki, Ukraynanın parçalanma yox, birlik məsələsi müzakirə olmalıdır.

NƏRGİZ